Partiyanın adı yazılan maşınlara od vuruldu

Partiyanın adı yazılan maşınlara od vuruldu
  18 Aprel 2019    Oxunub:1493
Almaniyanın qərbindəki Essen şəhərində ultra-sağçı “Almaniya üçün Alternativ” siyasi partiyasının reklamını aparmaqla məşğul olan 3 maşına naməlum şəxslərin od vurması nəticəsində nəqliyyat vasitələri tamamilə yanaraq kül olublar.
Azvision.az xəbər verir ki, bu barədə “Presse Portal” yerli polisin bəyanatına istinadən məlumat yayıb. Bildiriib ki, insident ötən gecə şəhərin mərkəzindən bir qədər aralıda - Şimali Reyn-Vestfaliyada baş verib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, yaxınlıqdakı binaya ziyan dəyib.

Polisin ehtimalına görə, yanğın siyasi motivlər səbəbindən törədilib. Hazırda cinayətkarların ələ keçirilməsi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, radikal millətçi “Almaniya üçün Alternativ” partiyası anti-miqrant və anti-avrointeqrasiya kursu yeridir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Essen   Almaniya  





Xəbər lenti