Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

  18 Aprel 2019    Oxunub : 1393
Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı
Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb. Redaktor.az saytı artıq internet istifadəçilərinin ixtiyarındadır. Sayta tanınmış jurnalist Eldəniz Vəliyev rəhbərlik edir.
E.Vəliyevin verdiyi məlumata görə, sayt bütün sferalar üzrə operativ xəbər istehsalı ilə məşğul olacaq: “Başlıca prinsiplərimiz operativlik və əlahəzrət fakta istinaddır. Maraqlı araşdırmalar, reportajlar, Facebook üzərindən canlı yayımlar oxucularımızın seçim imkanlarını artıracaq. Məqsədimiz - doğrunu xəbər verən informasiya oranı kimi qəbul edilməkdir”.

E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrini xatırladaraq qeyd edib ki, bu missiya Redaktor.az-ın fəaliyyət proqramının əsasını təşkil edəcək.

Baş redaktor saytın şüarını da elan edib: “Biz harada, doğru xəbər orada”.

Teqlər: