“Rəsul Quliyev cəbhəçiləri pulla alıb”

“Rəsul Quliyev cəbhəçiləri pulla alıb”
  06 Fevral 2013    Oxunub:4698
“Rəsul Quliyev xalqı yox, öz cibini düşünən, puldan ötrü öz xalqını qul vəziyyətinə salan, Xalq Cəbhəsi hakimiyyətinin samballı üzvlərini neftdən gələn pul ilə ələ alan biridir!”
ACP lideri Rəsul Quliyev haqqında bu ağır ittihamları Vaqif Allahverdi adlı biri irəli sürüb. Vaqif Allahverdi cəbhəçilərin vaxtında Tibb Universitetində partiya təşkilatının sədri olub. Hazırda Kaliforniyada yaşayan eks-cəbhəçinin facebookdakı profilində keçmiş silahdaşları ilə bağlı ilginc açıqlamalar yazıb. Onlardan ən maraqlısı isə Rəsul Quliyevlə bağlıdır.
AzVision.az Vaqif Allahverdinin eks-spiker, ACP lideri Rəsul Quliyevin keçmiş baş nazir Surət Hüseynovun həbsinin, Rövşən Cavadovun isə öldürülməsinin təşkilatçısı olması və s. ilginc açıqlamalarını təqdim edir:
“Azərbaycan xalqı birdəfəlik bilməlidir ki, Rəsul Quliyevin heç bir vaxt Azərbaycan Prezidenti olmağa haqqı yoxdur! Rəsul Quliyev xalqı yox, öz cibini düşünən, puldan ötrü öz xalqını qul vəziyyətinə salan, Xalq Cəbhəsi hakimiyyətinin samballı üzvlərini neftdən gələn pul ilə ələ alan biridir!
O, postsovet Rus Mafiyası ilə əlaqə yaradaraq neft və neft məhsullarından gələn gəlirləri Rus mafiyası ilə bölüşüb, öz adına xarici banklara qoyub. O, bu pulları Azərbaycan xalqından və dövlətindən gizlədib, bu pulları özünün mafiya və korrupsiya vasitəsi ilə hakimiyyətə gəlməsi üçün qismən sərf edib!
O, bütün siyasi qüvvəsi olan insanları pul ilə ələ alıb. O, hakimiyyətə gəlmək üçün bütün rəqiblərini ya pulla ələ alıb, pulla ala bilmədiyi şəxslərin həbs olunmasını (Surət Hüseynov kimi), ya da öldürülməsini (Rövşən Cavadov) təşkil edib.
Xalq Cəbhəsi hakimiyyətinin Milli Təhlükəsizlik naziri olan naxçıvanlı Sülhəddin Əkbəri pul ilə satın alıb (digər naxçıvanlı AXC rəsmilərini də). Ona görə də Sülhəddin Əkbər indi onun yaratdığı partiyanın sədri vəzifəsində ona işləyir.
Rəsul Quliyev Azərbaycanın görkəmli oğullarının məhv edilməsinə görə xalqımız qarşısında mühakimə edilməli və cəzalandırılmalıdır. Hələ bir həyasızlıqla xalq məni “sevir” deyir!? Xalq yox, rüşvətə satılan, aldıqların səni sevir “ay bədbaxt”!


Teqlər:





Xəbər lenti