“Qarabağ” 3 qolla liderliyini qorudu

“Qarabağ” 3 qolla liderliyini qorudu
  19 Aprel 2019    Oxunub:2048
Azərbaycan Premyer Liqasında 25-ci turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, lider “Qarabağ” autsayder “Keşlə”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyundan sonra xallarının sayını 57-yə çatdıran “Qarabağ” 1-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 20 xalla sonuncu - 8-ci yerdə qalıb.

Azvision.az



Teqlər: Qarabağ   Futbol   Klub  





Xəbər lenti