Avropa Liqasının yarımfinalçıları məlum olub - VİDEO

   Avropa Liqasının yarımfinalçıları məlum olub -  VİDEO
  19 Aprel 2019    Oxunub:3190
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab görüşləri keçirilib.

Azvision.az xəbər verir ki, İngiltərənin “Arsenal” komandası səfərdə “Napoli”nin qonağı olub.
Görüş ingilislərin qələbəsi ilə başa çatıb– 1:0. Oyunda yeganə qolun müəllifi 36-ci dəqiqədə Aleksander Lakazzet olub. Beləliklə, hər iki görüşdə qalib gələn “Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.



İspaniya dueli adlandırılan görüş “Valensiya” və “Vilyarreal” komandaları arasında təşkil olunub. “Valensiya” Toni Lato (13) və Daniel Parexo (54) vurduğu qollarla rəqibə qalib gəlib. Hər iki oyunun nəticəsinə əsasən, “Valensiya” növbəti mərhələyə vəsiqə qazanıb.



Almaniyanın “Ayntraxt” və Portuqaliyanın “Benfika” arasında reallaşan görüşdə “Ayntraxt” öz meydanında 2:0 hesabı ilə qalib gəlib. Ümumi hesab 4:4 olsada UEFA-nın reqlamentinə əsasən, Frankfurt təmsilçisi növbəti mərhələyə yüksəlib.



Nəhayət, İngiltərənin daha bir təmsilçisi “Çelsi” öz meydanında Çexiyanın “Slaviya” komandasını qəbul edib. Görüşdə qapılara 7 qol vurulub. Səfərdə minimal hesabla (1:0) və öz meydanında təmsilçisi 4:3 hesabı ilə qələbə qazanan “Çelsi” yarımfinal mərhələsinə vəsiqə qazanıb.



Beləliklə, “Arsenal”, “Çelsi”, “Ayntraxt” və “Valensiya” qitənin ən nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qeyd ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Azvision.az


Teqlər: UEFA   Avroliqa  





Xəbər lenti