Azərbaycanda bir ildə 239 minə yaxın yeni iş yeri açılıb

 Azərbaycanda bir ildə 239 minə yaxın yeni iş yeri açılıb
  19 Aprel 2019    Oxunub:3093
2018-ci il ərzində Azərbaycanda 238947 yeni, o cümlədən 127428 daimi iş yeri açılıb.
Dövltə Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, açılmış daimi iş yerlərinin 8,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 32,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 59,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 26,0 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 72,8 faizi regionların, o cümlədən 38,9 faizi Aran, 8,9 faizi Lənkəran, 7,7 faizi Gəncə-Qazax, 4,9 faizi Abşeron, 4,4 faizi Yuxarı Qarabağ, 3,0 faizi Şəki-Zaqatala, 2,7 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 18,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,7 faizi emal sənayesi, 9,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 8,9 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 5,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,0 faizi təhsil, 2,9 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,7 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 11,4 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Ölkə ərazisində 2018-ci il ərzində yaradılmış 12504 yeni müəssisə və təşkilatın 66,4 faizi Bakı şəhərində, 9,6 faizi Abşeron iqtisadi rayonunda, 6,9 faizi Aran iqtisadi rayonunda, 4,8 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 4,6 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 2,7 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 2,6 faizi Lənkəran iqtisadi rayonunda, 1,2 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 0,6 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında və 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunda fəaliyyətə başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Komitə   İş-yeri  





Xəbər lenti