Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə əsas şərtlər
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman
6. İlahiyyat
7. Jurnalistika
“Xüsusi qabiliyyət imtahanları” jurnalı həmçinin bu sahələr üzrə tədris aparan təhisil müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları, bu sahə üzrə formalaşmış uzun illərin zəngin bilik və bacarıqlar toplusunun peşəkar nəsildən gənc nəslə ötürülməsinin və bununla da daha hazırlıqlı abituriyent axınını yaratmaq üçün bir fürsətdir.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya https://azvision.az/redirect.php?url=http://www.abiturient.az/ saytından sifariş etmək olar.
Azvision.az