103 yaşında unudulmayan “Qaynana” - FOTOLAR

  20 Aprel 2019    Oxunub : 2336
 103 yaşında unudulmayan “Qaynana” - FOTOLAR
Bu gün Azərbaycanın Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür. Mərhum aktrisanın anadan olmasından 103 il ötür.
Azvision.az -ın məlumatına görə, Nəsibə Zeynalova 20 aprel 1916-ci ildə Bakıda anadan olub. 1941-ci ildə Teatr Texnikumunu bitirib, Musiqili Komediya Teatrında işləməyə başlayıb. Sevilən aktrisa Azərbaycanın kino sənətinə "Qaynana", "Ulduz", "Bağlı qapı", "Yuxu" kimi əvəzolunmaz incilər bəxş edib.



Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib.



O, 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.



Nəsibə Zeynalova unudulmaz aktyordur və Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası kimi onun bütün rolları tamaşaçılar tərəfindən maqarla izlənilir.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, gözəl insan və aktrisa Nəsibə Zeynalova 10 mart 2004-cü ildə vəfat edib.









Azvision.az

Teqlər: Nəsibə-Zeynalova