Avtomobil dirəyə çırpılaraq yandı- FOTO

Avtomobil dirəyə çırpılaraq yandı- FOTO
  21 Noyabr 2013    Oxunub:1035
Bakıda avtomobil dirəyə çırpılaraq yanıb, 3 nəfər xəsarət alıb

AzVision.az Trend-ə istinadən xəbər verir ki,Bakıda, "Koroğlu" metrostansiyanın yaxınlığında dəhşətli yol qəzası baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə avtomobil iki yerə parçalanıb və maşında yanğın baş verib. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb. Qəza nəticəsində 3 nəfər xəsarət alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər.



Teqlər:





Xəbər lenti