Səmədov Avropa çempionu oldu

Səmədov Avropa çempionu oldu
  21 Aprel 2019    Oxunub:2388
Azərbaycan sumoçusu Çingiz Səmədov Estoniyanın paytaxtı Tallində keçirilən sumo üzrə XXIII Avropa çempionatında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, Səmədov yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

İlk görüşdə Polşa idmançısını məğlub edən Səmədov dörddəbir finalda Rusiya təmsilçisini üstələyib. Sumoçumuz yarımfinalda gürcüstanlı idmançını məğlub edərək finala vəsiqə qazanıb. Səmədov finalda daha bir polşalı rəqibini məğlub edərək Avropa çempionu tituluna sahib olub.

Azvision.az



Teqlər: Avropa-Çempionu  





Xəbər lenti