Ronaldo yeni rekorda imza atdı

Ronaldo yeni rekorda imza atdı
  21 Aprel 2019    Oxunub:3630
Xəbər verdiyimiz kimi, ötən gün İtaliyanın "Yuventus" klubu ardıcıl 8-ci dəfə ölkə çempionu olub.
Azvision.az xəbər verir ki, növbəti çempionluq təkcə klub üçün deyil, həm də portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo üçün əlamətdardır.

Ronaldo İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, portuqaliyalı futbolçu "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"da isə iki dəfə İspaniya çempionu titulunu qazanıb.

Azvision.az



Teqlər: Yuventus   Ronaldo   Futbol  





Xəbər lenti