NASA-dan yeni Qiyamət proqnozu
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, işdən çıxmağa, qiyamət günü təşvişinə ehtiyac yoxdur: Günəşdə qütblərin belə yerdəyişməsi hər 11 ildən bir baş verir.
"Bu fəlakət deyil, real nəticələri olan böyük hadisədir. Heç nədən qorxmağa ehtiyac yoxdur", - Stenford universitetinin fiziki Todd Hoks açıqlamasında deyib. "Günəşin magnit qütb sahələri zəifləyir, sıfıra qədər düşür, sonra isə yenidən digər magnit qütb sahəsinə hərəkətə keçir - bu, günəş tsiklinin normal elementidir", - digər elm adamı Fil Şerer açıqlamasında deyib.
Ancaq Günəşdəki bu aktivlik bütün günəş sisteminə öz təsirini göstərir. Yerdə bu, magnit burulğanlarına səbəb olacaq, sputniklərin və elektron priborların normal fəaliyyətinə mane olacaq.