Samboçularımız Rusiyaya gedir

Samboçularımız Rusiyaya gedir
  21 Noyabr 2013    Oxunub:1688
Azərbaycan samboçuları Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək.
Noyabrın 21-25-də Rusiyanın Sankt-Peterburq şəhərində sambo üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Sambo Federasiyasından (ASF) bildiriblər ki, yarışda Azərbaycanı idman sambosunda 9, döyüş sambosu üzrə isə 6 idmançı təmsil edəcək.

ASF-nin prezidenti Ceyhun Məmmədov və millinin baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq yığmamızın heyətində dünya çempionu İslam Qasımov, qitə birinciliyinin mükafatçıları Ağasif Səmədov, Cavidan Qarayev, Emil Həsənov, Nizami Məmmədov və digər samboçular yer alıb.

Beynəlxalq dərəcəli hakim Cabir İsmayılov yarışların idarə edilməsində Azərbaycanı təmsil edəcək.

20-25.11.2013-cü ildə Rusiya Federasiyasının Sankt-Petrburq şəhərində Sambo (idman və döyüş sambosu) üzrə Dünya Çempionatında iştirak edəcək Milli komandanın siyahısı


1 Səmədov Ağasif 1989 52 Neftçi İSM Məşqçi:Ağayev Sehriman
2 Qasumov İslam 1986 57 Neftçi İSM Məşqçi:Mustafayev Şahlar
3 Qarayev Cavidan 1988 62 Neftçi İSM Məşqçi:Ağayev Sehriman
4 Həsənov Emil 1988 68 Neftçi İSM Məşqçi:İsmayılov Rüfət
5 Qasımov Amil 1986 74 Gəncə UGİM Məşqçi:Hacıyev Əli
6 Namazov Ziya 1989 82 Neftçi İSM Məşqçi:Ağayev Sehriman
7 Axundov Səbuhi 1994 90 Neftçi İSM Məşqçi:Poladov Tərlan
8 Cəfərli Xaliq 1983 100 Rabitəçi Məşqçi:Əliyev Yengibar
9 Umudəliyev Ayaz1978 +100Mingəçevir Məşqçi:Səfərov Əliağa

Döyüş Sambosu
1 Osmanov Elvar 1987 52 Spartak Məşqçi:Abdullayev Yaqub
2 Quliyev Xəyal 1991 82 Sumqayıt Məşqçi:Abdullayev Yaqub
3 Məmmədov Nizami 1981 90 Sumqayıt Məşqçi:Abdullayev Yaqub
4 Məmmədov Nəbi 1991 100 Sumqayıt Məşqçi:Abdullayev Yaqub

Ceyhun Məmmədov – komandanın rəhbəri
Abdullayev Yaqub - baş məşqçi
İsmayılov Cabir - hakim



Teqlər:





Xəbər lenti