Türkiyədə `Azərbaycan həftəsi`

Türkiyədə `Azərbaycan həftəsi`
  21 Noyabr 2013    Oxunub:2450
Türkiyədə “Azərbaycan həftəsi” adlı silsilə tədbirlər keçirildi.
Noyabrın 18-20-də Türkiyədə “Azərbaycan həftəsi” adlı silsilə tədbirlər keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirlərdə iştirak etdi.

SAM-dan bildiriblər ki, tədbirlər çərçivəsində Yalova, Edirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyəti Yalova şəhərində vali Esengul Civelek, deputat Təməl Coşkun, Yalova Universitetinin rektoru Niyazi Ereslu, prorektoru Əli Rza Abay, universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Kənan Dağçı ilə də görüşlər keçirib.

Yalova Universitetinin və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə nümayəndə heyətimizin üzvləri məruzələrlə çıxış etdilər.

Nümayəndə heyəti, həmçinin Bursada vali Munir Karaloğlu, Bursa Böyükşəhər bələdiyyə sədri Rəcəb Altepe və Uludağ Universitetinin rektoru Kamil Dilek ilə görüşərək, Uludağ Universitetində tələbələri və müəllimləri maraqlandıran suallara cavab veriblər.

Görüşlərdə SAM-ın direktoru Fərhad Məmmədov “Azərbaycanın xarici siyasəti hara gedir?”, Milli Məclisin deputatı Musa Qasımlı “Azərbaycan-Türkiyə münasibətləri”, Mərkəzin aparıcı elmi işçiləri Cavid Vəliyev “Regional layihələrə Azərbaycanın baxışı”, və Zaur Vəliyev “Azərbaycanın iqtisadi siyasəti regional çərçivədə”, “Qafqaz” Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə Azərbaycanın mövqeyi”, Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı “2015-ci ilə doğru Azərbaycanın mövqeyi” və APA TV-nin direktoru Vüqar Məsimoğlu “Türkiyə-Azərbaycan əlaqələrinə medianın təsiri” mövzularında çıxışlar ediblər.

Türkiyədə “Azərbaycan həftəsi”nin yekun tədbiri Ankarada Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə keçirilən “Dəmirdən ipək yolu: Bakı-Tbilisi-Qars dəmir yolu” mövzusunda konfrans da olub.


Teqlər:





Xəbər lenti