Bəzi ləvazimatların satışı məsələsində isə danışıqların davam etdirildiyini bildirən R.T.Ərdoğan Rusiyadan NATO sisteminə uyğun bir sıra hərbi ləvazimatlar aldıqlarını vurğulayıb.
Baş nazir Türkiyəyə ildə təxminən 4 milyon rus turistin gəldiyini və Rusiyanın bu göstərici üzrə Almaniyanı geridə qoymağa çox yaxınlaşdığını bildirib.
Qeyd edək ki, R.T.Ərdoğan noyabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək.
Zaman
Teqlər: