SOCAR Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb

SOCAR Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb
  23 Aprel 2019    Oxunub:2051
“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisinin proqramı və komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Azvision.az -a verilən məlumata görə, sessiyalar üç günü əhatə edəcək.

26 aprel

11:10–11:30 Maks Ferstappen və Pyer Qasli (“Red Bull”)

11:30–11:50 Sebastyan Fettel və Şarl Lekler (“Ferrari”)

11:50–12:10 Daniel Rikkardo və Niko Hülkenberq (“Renault”)

27 aprel

11:20–11:40 Serxio Peres və Lens Stroll (“Racing Point”)

12:00–12:20 Kimi Raykkonen və Antonio Covinatsi (“Alfa Romeo”)

12:20–12:40 Luis Hemilton və Valtteri Bottas (“Mercedes”)

28 aprel

11:20–11:40 Corc Rassel və Robert Kubitsa (“Williams”)

11:40–12:00 Karlos Sayns və Landro Norris (“McLaren”)

12:00–12:20 Romen Qrojan və Kevin Maqnussen (“Haas”)

12:20–12:40 Daniil Kvyat və Aleksandr Albon (“Toro Rosso”)

Yarışın proqramı isə belədir:

25 aprel

12:00 Azarkeş zonalarının qapıları açılır

14:00 Dörd günlük bilet sahiblərinin Pit Leyn gəzintisi

20:00 Trekin qapıları açılır

26 aprel

11:00-11:45 “Formula-2”. Sərbəst yürüş

13:00-14:30 “Formula-1”. Birinci sərbəst yürüş

15:00-15:30 “Formula-2”. Sıralama yarışı

17:00-18:30 “Formula-1”. İkinci sərbəst yürüş

27 aprel

10:20-10:50 “Formula-2”. Pilotların paradı

12:00-13:05 “Formula-2”. Birinci yarış

14:00-15:00 “Formula-1”. Üçüncü sərbəst yürüş

17:00-18:00 “Formula-1”. Sıralama turu

21:00 Sam Smitin konserti

28 aprel

13:10-14:00 “Formula-2”. İkinci yarış

14:30-15:00 Açılış və bolidlərin paradı

15:54-15:56 Dövlət Himni mərasimi

16:10-18:10 “Formula-1”. SOCAR Azərbaycan Qran-Prisi

18:10 Podium mərasimi

22:00 Kardi B konserti

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Luis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla birinci, Bottas 62 xalla ikinci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla üçüncüdür.

Xatırladaq ki, SOCAR Azərbaycan Qran-Prisi 26-28 apreldə olacaq.

Azvision.az


Teqlər: Formula1   F1  





Xəbər lenti