Bakı-Qazax magistralında qəzalı körpü

Bakı-Qazax magistralında qəzalı körpü
  21 Noyabr 2013    Oxunub:1400
Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsindəki körpü qəzalı vəziyyətə düşüb.
Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsindəki körpü keçidində çökmə və iri çatlar əmələ gəlib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Təhlükəsizliyi təmin etmək üçün yol polisi müvafiq tədbirlər həyata keçirir.

Qərb bölgəsində müşahidə olunan yağışlı hava respublika əhəmiyyətli Bakı-Qazax magistralında bir sıra fəsadlar yaradıb. Yolun Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində mövcud olan körpü keçidi qəzalı vəziyyətə düşüb. Körpü keçidinin mərkəzində iri çatlar və çöküntü əmələ gəlib ki, bu da hər an uçma təhlükəsindən xəbər verir. Xüsusilə də iritonnajlı yük avtomobilləri bədbəxt hadisələri qaçılmaz edir.

Yaranmış vəziyyətlə əlaqədər yolun bu hissəsində gediş-gəliş qismən məhdudlaşdırılıb. Əraziyə əlavə polis naryadı ayrılıb. Təhlükəsizlik məqsədi ilə xüsusi yol nişanları qoyulub. Buna baxmayaraq, yol polisi sürücüləri diqqətli olmağa çağırır.

Qeyd edək ki, vəziyyətdən "Azəryolservis" ASC-nin rəsmiləri də xəbərdardır. Qurumdan verilən məlumata görə, yaxın günlərdə körpünün təmirinə başlanacaq.


Teqlər:  





Xəbər lenti