Futbol bayramı qana boyandı: 12 ölü, 240 yaralı – VİDEO

  21 Noyabr 2013    Oxunub : 702
Futbol bayramı qana boyandı: 12 ölü, 240 yaralı – VİDEO
Əlcəzairdə futbol bayramı qana boyandı: 12 ölü, 240 yaralı.

Əlcəzairdə futbol fanatları milli komandanın qələbəsini qeyd edərkən ölüm halları baş verib. AzVision.az `BBC`yə istinadən xəbər verir ki, oyundan sonra gecə saatlarında ümumilikdə 12 nəfər ölüb, 240 nəfər yaralanıb.

Şahidlərin bildirdiyinə görə, ölkədə şənliklər səhərə kimi davam edib, bəzi futbolsevərlər isə özlərini məsuliyyətsiz aparıb.

Qeyd edək ki, Əlcəzair yığması həlledici oyunda Burkina-Faso kollektivini məğlub edərək Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.


Teqlər: