Salah “Liverpul”dan ayrıla bilər

Salah “Liverpul”dan ayrıla bilər
  24 Aprel 2019    Oxunub:2306
Ulduz futbolçu Məhəmməd Salah “Liverpul”dan ayrıla bilər.
AzVision.az xəbər verir ki, belə bir idda ilə İspaniyanın “AS” nəşri çıxış edib. Bildirilib ki, son zamanlar Salahla baş məşqçi Yurgen Klopp arasında münasibətlər normal deyil. Məhz bu səbəbdən futbolçu mövsümün sonunda komandanı tərk etmək istəyir.

Salahın qərarını klub rəhbərliyinə çatdırdığı deyilir. “Liverpul” rəhbərliyinin bu qərara hörmətlə yanaşdığı vurğulanır.

“AS”-ın iddiasına əsasən, misirli futbolçunun transferində Madrid “Real”ı daxil olmaqla bir sıra klublar maraqlıdır.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul” forması ilə meydana çıxdığı 34 Premyer Liqa matçında 19 qol vurub, 9 qolun ötürməsini edib. Çempionlar Liqasında isə 9 oyuna 3 qol vuran Salah 1 qolun ötürməsinə imza atıb.

Xatırladaq ki, Salahın “Liverpul”la müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Liverpul   Futbol   Salah   Real  





Xəbər lenti