Ərdoğan Ahmet Kayanın məzarını köçürmək istəyir
Baş nazir İraq kürdlərinin lideri Məsud Bərzaninin Diyarbəkir səfərindən də söz açıb:
“Bu addımları atmaq cəsarət tələb edir. Biz 2005-ci ildə demişdik ki, bunu həll edəcəyik. Şivan Perverin 38 il sonra öz ölkəsinə gəlməyi və atılan digər addımlar müzakirə olunmalı məsələlərdir. Şivan Perverin özünə də dedim ki, vətəndaşlıq almaq kimi tələbi varsa, biz onu da həll etməyə hazırıq”.
Baş nazir deyib ki, müğənni Ahmet Kayanın da məzarının Türkiyəyə gətirilməyi mümkündür:
“Ailəsinə demişik ki, məzarının gətirilməyi lazımdırsa, biz burdayıq. Onun Türkiyədən gedişi çox fərqli idi, amma indi geri qayıtmağı bizim üçün asandır. Əlimizdən gələni etməyə hazırıq”.
Qeyd edək ki, kürd əsilli sənətçi Ahmet Kaya 2000-ci ildə Parisdə dünyasını dəyişib.
Fatimə Kərimli