Müəllimlərin nəzərinə: müsahibə başa çatdı

Müəllimlərin nəzərinə: müsahibə başa çatdı
  25 Aprel 2019    Oxunub:2525
Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, 22-24 apreldə keçirilən müsahibələrə 1170 müəllim qatılıb.

Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.

Qeyd olunub ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Azvision.az



Teqlər: Müəllim   Təhsil  





Xəbər lenti