Sarkisyan Putin gələn yollara asfalt çəkir - FOTOLAR

Sarkisyan Putin gələn yollara asfalt çəkir - FOTOLAR
  21 Noyabr 2013    Oxunub:1944
“Şirak” aeroportuna aparan Gümrü yolları keçilməz vəziyyətdədir.

Ermənistana səfəri ərəfəsində Putinin təhlükəsizliyini təmin etmək üçün “Şirak” aeroportuna aparan Gümrü yollarında gecə-gündüz təmir bərpa işləri aparılır.

Gümrü sakinlərinin sözlərinə görə, bu yol sonuncu dəfə 2010-cu ildə Rusiya prezidenti Dmitriy Medyevin Ermənistana səfəri öncəsi təmir olunub. Lakin erməniləri əziyyəti özlərinə qalıb, Medvedyev Vertalyotla gəlib.

Hazırda isə bu yol Putinin şərəfinə dayanmadan təmir olunur.Onu da qeyd edək ki, aeroport yolunu bəzəsələr də Gümrüdəki digər yollar bərbad vəziyyətdədir. Maraqlıdır, birdən dekabrın 2-də Putin rayonu gəzmək istəsə ermənilər onu darmadağın yollardakı təhlükəli keçidlərdən və palçıqdan necə xilas edəcəklər?!

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Ermənistana iki günlük səfər edəcək. Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlıq məsələlərinin müzakirə olunacaq. V. Putin 500 nəfərlik nümayəndə heyəti, o cümlədən iş adamları ilə birgə Yerevanda Ermənistan-Rusiya biznes forumunda iştirak edəcək.

Səbinə Həsənova
AzVision.az



Bu da Putini Ermənistana aparacaq yollar:

Qalereya




Teqlər:  





Xəbər lenti