Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna sınaq imtahanı keçiriləcək
  26 Aprel 2019    Oxunub:2060
Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə mayın 1-də keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat mayın 1-i saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “ Şəxsi kabinet ”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti