“Formula 2”də birinci sərbəst yürüş başa çatıb - Yenilənib

“Formula 2”də birinci sərbəst yürüş başa çatıb -  Yenilənib
  26 Aprel 2019    Oxunub:3475
"Formula 1" SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında "Formula 2" yarışı üzrə birinci sərbəst yürüş başa çatıb.
Azvision.az xəbər verir ki, 45 dəqiqə davam edən sərbəst yürüşün üçlüyünə düşən pilotlar müəyyən edilib.

Belə ki, UNİ-Virtuosi komandasının pilotu Luka Qiotto 1-ci, Carlin komandasının pilotu Nobuharu Matsuşita 2-ci, MP Motorsport komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün saat 15:00-da isə "Formula 2"-nin sıralama turu başlayacaq. Yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.



Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Formula-1   Bakı   Yarış  





Xəbər lenti