“Formula 2” üzrə sıralanma turu başa çatdı - Yenilənib

“Formula 2” üzrə sıralanma turu başa çatdı -  Yenilənib
  26 Aprel 2019    Oxunub:3847
Bakıda keçirilən Formula 2 yarışında sıralama turu başa çatıb.
Azvision.az xəbər verir ki, turun qalibi "Carlin” komandasının pilotu Nobuhari Matsuşita olub. Yarışda “ART Grand Prix” komandasının sürücüsü Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.

***
Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

Azvision.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda pilotların sərbəst yürüşündə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto birinci, “Carlin” komandasından Nobuharu Matsuşitaya ikinci, “MP Motorsport”un sürücüsü Cordan Kinq isə üçüncü yeri tutub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti