Formula 1-in ikinci sərbəst yürüşü başlayıb

Formula 1-in ikinci sərbəst yürüşü başlayıb
  26 Aprel 2019    Oxunub:2212
Formula 1 SOCAR Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşü başlayıb
Azvision.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Ryer Qasli, Maks Ferstappen, “Raching Point”də Serxio Peres və Lens Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antinio-Covinatsi, Kimi Raykonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1,5 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Qeyd edək ki, aprelin 27-də sıralama yürüşü keçiriləcək. Aprelin 28-də isə Socar Formula 1 Azərbaycan Qran-Prisində qalibin adı bəlli olacaq.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti