"Formula 1"-in ikinci sərbəst yürüşü başa çatıb

"Formula 1"-in ikinci sərbəst yürüşü başa çatıb
  26 Aprel 2019    Oxunub:3869
Formula 1 SOCAR Azərbaycan Qran Prisinin ikinci sərbəst yürüşü başa çatıb.
Azvision.az xəbər verir ki, yürüş iştirakçıları 1,5 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar.

Nəticədə “Ferrari” komandasının üzvü Çarls Lekler birinci, komanda yoldaşı Sebastian Fettel ikinci, “Mercedes” komandasının üzvü Luis Hamilton isə üçüncü yeri tutub.

Qeyd edək ki, aprelin 27-də sıralama yürüşü keçiriləcək. Aprelin 28-də isə Socar Formula 1 Azərbaycan Qran-Prisində qalibin adı bəlli olacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   F1   AzerbaijanGP  





Xəbər lenti