Neymara 3 oyunluq cəza verildi

Neymara 3 oyunluq cəza verildi
  27 Aprel 2019    Oxunub:1967
UEFA Fransanın “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymara üç oyunluq cəza verib.
Azvision.az xəbər verir, buna səbəb 27 yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalında İngiltərənin “Mançester Yunayted” komandası ilə görüşdəki penalti epizoduna görə hakimləri təhqir etməsi olub.

Braziliyalı oyunçu 2019-2020-ci illər mövsümündə bu mötəbər yarışın qrup mərhələsinin ilk üç oyununda komandasının heyətində çıxış edə bilməyəcək.

Qeyd edək ki, Fransada keçirilmiş qarşılaşmada PSJ rəqibinə məğlub olub.

Azvision.az



Teqlər: UEFA   Neymar  





Xəbər lenti