“Formula 1”də ikinci yarış günü başlayır

 “Formula 1”də ikinci yarış günü başlayır
  27 Aprel 2019    Oxunub:3989
"Formula 1" SOCAR Azərbaycan Qran-Prisinin ikinci yarış gününün proqramı açıqlanıb.
Azvision.az xəbər verir ki, əvvəlcə "Formula 2" bolidlərinin paradı olacaq, ardınca birinci yarışı keçiriləcək. Daha sonra "Formula 1" bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu başlayacaq.

Bakıda yarışa qatılanlar arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi məşhur pilotlar var.

Qeyd edək ki, "Formula 1" SOCAR Azərbaycan Qran-Prisi aprelin 28-dək davam edəcək.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Formula1  





Xəbər lenti