31 abituriyentin imtahan nəticələri ləğv edilib

31 abituriyentin imtahan nəticələri ləğv edilib
  27 Aprel 2019    Oxunub:3020
7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.

Qeyd edilib ki, aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması ilə əlaqədar ilkin araşdırmanın nəticəsi bəllidir, növbəti həftənin birinci günü bununla bağlı ətraflı məlumat veriləcək.

Azvision.az



Teqlər: DİM   İmtahan   Abituriyen  





Xəbər lenti