“Formula 2” üzrə birinci yarış başa çatıb

“Formula 2” üzrə birinci yarış başa çatıb
  27 Aprel 2019    Oxunub:3891
Bakıda "Formula 2" üzrə birinci yarış başa çatıb.
Azvision.az xəbər verir ki, yarışın qalibi “Campos Racing” komandasının pilotu Cek Aitken olub.

O, 29 dövrənin yekununda 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə göstərib. “ART Grand Prix” komandasının pilotu Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Formula 2 üzrə 23 dövrədən ibarət ikinci yarış aprelin 28-də keçiriləcək.

12:00

Bakıda "Formula 2" üzrə birinci yarış start götürüb.
Azvision.az xəbər verir ki, yarış 32 dövrə və ya 60 dəqiqə davam edəcək.

Qeyd edək ki, ötən gün baş tutan sıralama turunda "Carlin” komandasının pilotu Nobuhari Matsuşita birinci, “ART Grand Prix” komandasının üzvü Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü olub.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: F-1   Formula1   AzerbaijanGP   Formula2  





Xəbər lenti