Lekler üçüncü sərbəst yürüşün qalibi oldu

Lekler üçüncü sərbəst yürüşün qalibi oldu
  27 Aprel 2019    Oxunub:2043
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
Azvision.az xəbər verir ki, yürüşün qalibi “Ferrari” komandasının pilotu Çarls Lekler olub.

İkinci yeri onun komanda yoldaşı Sebastian Fettel, üçüncü yeri isə “Red Bull Racing”in üzvü Maks Ferstappen tutub.

Bu gün, həmçinin sıralama yürüşü də keçiriləcək. Aprelin 28-də isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti