“Neftçi” uduzdu, “Qarabağ” çempionluğa yaxınlaşdı

“Neftçi” uduzdu, “Qarabağ” çempionluğa yaxınlaşdı
  28 Aprel 2019    Oxunub:3435
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, günün son oyununda “Neftçi” klubu “Sumqayıt”la qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə “Neftçi” 3:2 hesab ilə məğlub olub. Bununla da lider "Qarabağ"ın ən yaxın izləyicisi olan "Neftçi" ilə xal fərqi 5-ə yüksəlib.

Qeyd edək ki, Ağdam klubu 27-ci turda "Səbail"ə qalib gəlsə, yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Topaz Premyer Liqasında 26-cı turun nəticələri:

“Neftçi” – “Sumqayıt” - 2:3
“Zirə” – “Qarabağ” - 0:3
“Sabah” – “Keşlə” - 1:1
“Səbail” – “Qəbələ” - 2:1


Azvision.az


Teqlər: Neftçi   Qarabağ   Liqa  





Xəbər lenti