“Formula 2” üzrə ikinci yarışa start verilib

“Formula 2” üzrə ikinci yarışa start verilib
  28 Aprel 2019    Oxunub:2849
SOCAR Azərbaycan Qran-Prisinin çərçivəsində Formula 2 üzrə ikinci yarış başlayıb.
Azvision.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vuracaqlar.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   Formula2  





Xəbər lenti