F2 üzrə ikinci yarışın qalib Latifi oldu

F2 üzrə ikinci yarışın qalib Latifi oldu
  28 Aprel 2019    Oxunub:2521
SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarış başa çatıb.
Azvision.az xəbər verir ki, yarışda DAMS komandasının pilotu Nikolas Latifi birinci olub.

İkinci yeri “Charouz”un pilotu Juan Manuel Korrea, üçüncü pilləni isə “Campos Racing” komandasının pilotu Jk Atiken tutub.

Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula2   Formula1  





Xəbər lenti