“100 bal yığırlar, amma heç nə bilmirlər” - DİM-dən açıqlama

  “100 bal yığırlar, amma heç nə bilmirlər” -    DİM-dən açıqlama
  29 Aprel 2019    Oxunub:11580
"100 bala qədər nəticə göstərənlər arasında köçürmə halı daha çox olur"
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu şəxslər heç nə bilmir və bir-birlərindən köçürüb yazırlar.

"Biz onların nəticələri barədə məlumat vermirik və nəticələrini ləğv etmirik. Çünki onların sayı çoxdur və nəticələri ləğv etsək, gərək minlərlə vətəndaşı qəbul edək".

M.Abbaszadə qeyd edib ki, ləğv edilmə müsabiqəyə buraxılma zamanı olur: "Biz çalışırıq ki, eyni sinif şagirdləri bir imtahan sinfinə salınmasın. Amma sosial şəbəkələrdə qrup açırlar və bir yerə düşənlər görüşürlər. Onlar bilməlidir ki, onların nəticələri ləğv olunacaq".

DİM sədri əlavə edib ki, bu il köçürmə hallarına şərait yaradan nəzarətçi müəllimlərlə bağlı rayon təhsil şöbəsinə məlumat gedib: "Onlar qara bazaya düşüb və bizimlə işləyəməyəcəklər. Ümumiyyətlə, hər il 5-25 faiz arası nəzarətçi qara siyahıya salınır".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan   Məleykə-Abbaszadə  





Xəbər lenti