Xəzəryanı ölkələrin növbəti sammiti Həştərxanda keçiriləcək

Xəzəryanı ölkələrin növbəti sammiti Həştərxanda keçiriləcək
  21 Noyabr 2013    Oxunub:2490
Xəzəryanı ölkələrin növbəti sammiti gələn ilin ikinci yarısında Həştərxanda keçiriləcək.
AzVision.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 34-cü iclasında deyib.

Nazir qeyd edib ki, növbəti iclas 2014-cü ilin ikinci yarısında Rusiyanın Həştərxan şəhərində keçiriləcək.

Qeyd edək ki, bu gün və sabah Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun iclası keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti