“Neftçi”nin 600-cü məyusluğu

“Neftçi”nin 600-cü məyusluğu
  29 Aprel 2019    Oxunub:1760
“Neftçi” Azərbaycan çempionatlarında qapısından 600-cü qolunu buraxıb.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” klubuna 2:3 hesabı ilə uduzan “Neftçi”nin buraxdığı son top "yubiley" xarakteri daşıyıb. Belə ki, 1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında Bakı klubu 775 matçda 600 qola məyus olub. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol (690) buraxan komanda “Turan” olub.

Azvision.az



Teqlər: PFL   Neftçi  





Xəbər lenti