“Sultan” restoranının fırıldağı açıldı

 “Sultan” restoranının fırıldağı açıldı
  21 Noyabr 2013    Oxunub:1443
Fiziki şəxs İslamov Şükürə məxsus “Sultan” restoranında standartların tələblərinin pozulması aşkar olunub.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən fiziki şəxs İslamov Şükürə məxsus “Sultan” restoranında dövlət nəzarəti aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulmuş, natəmizlik hökm sürür. Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir – birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, “şuba” salatı, “mimoza” salatı, səbzi qovurma yeməklərindən nümunə götürülmüş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.

Araşdırma davam etdirilir.


Teqlər:  





Xəbər lenti