“Lyuk”a düşənlər - VİDEOBLOQ

  “Lyuk”a düşənlər -    VİDEOBLOQ
  30 Aprel 2019    Oxunub:16256
“Formula 1” yarışlarında qəzalar qaçılmaz olur. Birincilik uğrunda sürət yarışına çıxan pilotlar bəzən gözlənilməz qəzalarla üzləşirlər. Bu kimi hadisələr idman ictimaiyyəti tərəfindən maraqla qarşılanır və “Formula 1”in ən yadda qalan anları kimi tarixə düşür.
Demək olar ki, dünyanın əksər ölkələrində keçirilən Qran-Prilərdə belə qəzalar qeydə alınıb. Bu il Bakıda baş tutan F1 yarışlarında sərbəst yürüş zamanı “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin "lyuk"a ilişərək sıradan çıxması da sıradan trek qəzalarından biri idi. Təəssüf ki, məlum hadisə sosial şəbəkələrdə xoşagəlməz müzakirələrlə yadda qaldı.

Bolidin Bakı trasında "lyuka" düşməsi sanki bir qrup şəxs üçün göydəndüşmə fürsət oldu və bunu cəmiyyətə böyük fəlakət kimi sırımağa, adi idman qəzasını siyasiləşdirərək heç bir əsas olmadan hakimiyyəti günahkar çıxarmağa başladılar. Bunu edənlər kimlər idi, məqsədləri nə idi?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu və ya digər suallara cavab tapmağa çalışıb.

Müxalfətin "lyuk" məsələsinə həsr olunan vloqu oxucularımıza təqdim edirik:



Azvision.az



Teqlər: Formula   Yarış   Vloq  





Xəbər lenti