DİN-nin 350 əməkdaşı mükafatlandırıldı

DİN-nin 350 əməkdaşı mükafatlandırıldı
  30 Aprel 2019    Oxunub:1678
Aprelin 26-da ölkəmizin paytaxtı Bakı şəhərində start götürən Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsi – SOCAR Azərbaycan Qran-Prisi aprelin 28-də uğurla və böyük təntənə ilə başa çatıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yüz minlərlə yerli və əcnəbi azarkeşin böyük coşqu ilə izlədikləri bu möhtəşəm tədbirin hazırlanması, keçirilməsi zamanı Daxili İşlər Orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

Respublika Daxili İşlər nazirinin imzaladığı müvafiq əmrlə üzərlərinə düşən vəzifələri, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirdiklərinə görə polis və Daxili Qoşunların 350 əməkdaşı müxtəlif növ mükafatlara layiq görülüblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti