Abbas Abbasovdan Putinin “miqrant siyasətinə” dəstək

Abbas Abbasovdan Putinin “miqrant siyasətinə” dəstək
  21 Noyabr 2013    Oxunub:1035
“Bu gün postsovet məkanındakı qanunların qarşılıqlı şəkildə unifikasiya olunmasına və tarazlaşdırılmasına ehtiyac var”.
AzVision.az-ın məlumatına görə, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Moskavada Prezident mehmanxanasında “Rusiya Federasiyasının 2025-ci ilədək nəzərdə tutulmuş dövlət miqrasiya siyasəti Konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu haqqında” mövzusunda keçirilən dəyirmi masada deyib.

Toplantı Abbas Abbasovun təşəbbüsü ilə təşkil olunub. Açılış mərasimində Abbas Abasov çıxış edib. Qonaqları salamlayam sədr tədbirin tarixi əhəmiyət kəsb etdiyini vurğulayıb:

“İlk dəfədir ki, Rusiya Federasiyasını Federal Miqrasiya Xidməti ictimai təşkilatla birlikdə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Rusiya Federasiyasının 2025-ci ilədək nəzərdə tutulmuş dövlət miqrasiya siyasəti Konsepsiyasını”müzakirə edəcək”,-deyə Abbas Abbasov bildirib.

A.Abbasov daha sonra Rusiyada yaşayan miqrantların üzləşdikləri problemlərdən söz açıb. Bildirib ki, miqrantın taleyi yalnız onu qəbul edən ölkəndən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır.

“Əməkdaşlığın Dövlət miqrasiya siyasəti konsepsiyasının atributlarından biri kimi qəbul olunması ideyası dövlət strukturlarının ən yüksək səviyyəsində müsbət qarşılandıqdan etibarən, həyatımızın ən mürəkkəb tərəflərindən birinə çevrilmiş miqrasiya məsələsinin yeni, daha mədəni yanaşma formalarına malik olacağı ümidi yarandı. Hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkəndən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır. Bu gün postsovet məkanındakı qanunların qarşılıqlı şəkildə unifikasiya olunmasına və tarazlaşdırılmasına ehtiyac var”,-deyə A.Abbasov qeyd edib.

Onun sözlərinə görə, hər bir postsovet ölkəsinin özünəməxsus miqrasiya qanunvericiliyi var və miqrantların taleyini yüngülləşdirmək üçün bütün ölkələrin miqrasiya siyasətlərini qarşılıqlı tarazlaşdırmağa və unifikasiya etməyə imkan verəcək ortaq mövqe tampaq lazımdır. Sədr bu məqsədlə ictimai təşkilatların da işə cəlb olunmasının faydalı olduğunu vurğulayıb.

Dəyrimi Masa çərçivəsində Rusiya Federal Miqrasiya Xidməti ilə “Rusiya xalqları” Ümumrusiya ictimai təşkilatı arasında Saziş imzalanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti