“Saxta yollarla mənzil almaq istəyirdilər” - Akif Əlizadə

“Saxta yollarla mənzil almaq istəyirdilər” - Akif Əlizadə
  01 May 2019    Oxunub:3315
"25 il bundan əvvəl 100-dən artıq ailə mənzil almaq üçün növbəyə durmuşdu. Onlardan 80-ə yaxını artıq mənzillə təmin olunub. Bu işlər davam etməkdədir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. AMEA rəhbəri bildirib ki, əvvəlki ilərdə növbəyə duranlar arasında hərc-mərclik var idi.

"Saxta yollarla mənzil almağa görə 3-4 ildə məhkəmələrdə Akademiyanın düzgün mövqeyini isbat etmişik. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar növbəyə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi".

A.Əlizadə qeyd edib ki, Saray qəsəbəsində tikilən "Science city"dən bir kvadratmetri 450 manat olan mənzillərin alınması üçün 800 alim növbəyə yazılıb. "Onlardan 150 nəfəri artıq pulunu ödəyib. Biz ipotekanın verilməsini gözləyirik. Bu olan kimi pul verənlərin sayı 500-ü keçəcək".

Aytən Zəhra
Azvision.az




Teqlər: AMEA   Akif-Əlizadə  





Xəbər lenti