Şəhərdə hava buludlu olacaq

Şəhərdə hava buludlu olacaq
  22 Noyabr 2013    Oxunub:1147
Bəzi rayonlarımıza yağış yağacaq və duman olacaq.
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə noyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə isə yaxın 2 gün ərzində, Abşeron yarımadasında meteorolji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:





Xəbər lenti