Nazirlik balıqartırma zavodlarını özəlləşdirməyə çıxarır
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün potensial var. Balıqartırma zavodlarının özəlləşdirməyə açıq elan olunmasında məqsəd ölkədə balıq bolluğu yaratmaqdır:
"ETSN olaraq, biz maraqlayıq ki, hər kəsin süfrəsində insan sağlamlığı üçün çox önəmli qida olan balıq olsun. Sahibkarlar bu zavodları özəlləşdirməklə zavodlarda müasir standartlara uyğun balıq sənayesinin qurulmasına öz töhfələrini verəcəklər".
Aytən Zəhra
Azvision.az