Bakıda keçirilən Dialoq Forumu başa çatıb
Nazirin sözlərinə görə, mədəniyyətlərarası dialoqa qarşılıqlı əməkdaşlığın sayəsində nail olunub:
"Bu insanlar birlikdə daha yaxşı dünya üçün mübarizə aparırlar. Kim olmağımızdan asılı olmayaraq bəşəri dəyərlər üçün mübarizə aparan insanlardır. Siyasi elitanı, QHT-ləri, gəncləri, elmi dairələri və digərlərini bir araya gətirdiksə, bu artıq əməli tədbir deməkdir".
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos bildirib ki, biz beynəlxalq arenada mühüm dövrdəyik. "Bakı prosesi çərçivəsində əldə etdiyimiz nailiyyət ondan ibarətdir ki, biz çoxtərəfliliyə nail olduq. Biz gənc, orta sinif təbəqəsinə diqqət yetirməliyik. Biz dərin islahatlar aparmalıyıq. Biz öz işimizdə vacib elementləri əks etdirməliyik. Çoxtərəflilik qərəzsiz olmalıdır və Bakı prosesi bunu həyata keçirməyə çalışır. Multikultralizm həm müdafiədir, həm də bizi irəliyə doğru səsləyir. Süni zəka dövründə dialoq kənarda qalmalı deyil. Yekun nəticədə insanlar arasında təmas olmalıdır".
YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif bildirib ki, biz hələ də əməkdaşlıq çərçivəsində daha çox işləyə bilərik. "Biz burada müzakirələr aparırıq, lakin müzakirə etdiyimiz insanlar, münaqişənin qurbanlarını da bir araya gətirmək mühüm məsələdir. Ümid edirəm ki, gənc insanlarla müzakirələrimiz gələcəkdə də davam edəcək. Bununla da gələcəkdə həyata keçirəcəyiniz bir sıra məsələlərə aydınlıq gətirə biləcəyik".
İSESKO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, müharibə çıxış yolu deyil, dialoq qurulmalıdır. "İnsana xas olan davranış sərgiləməyik. Biz gənc nəsilləri maarifləndirməliyik, onlarla iş aparmalıyıq, onlara yaxşı, nəcib işləri öyrətməliyik. Bu gün dünyada terror aktları törədilir. Gündəlik əsaslarla onlar bizi şoka salır. Dünya səviyyəsində, icmalar arasında fərqlər var, yoxsul, varlı təbəqə var. Çalışırıq ki, həmin problemlərə çıxış yolunu tapaq. Bizim həmin hücumun hədəfinə çevrilməməyimiz üçün ətrafımızı da o hücumlardan qorumalıyıq".
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Manuel Butler Halter çıxışı zamanı qeyd edib ki, turizmdə son illərdə ciddi şəkildə təhlillər, araşdırmalar aparmışıq, sosial aspektlərini də tədricən təhlil edirik. "Turizm hamımızı etibarlı edir və açıq düşüncəli olmağa kömək edir. Biz turizmlə daha yaxşı cəmiyyət formalaşdırmağa nail ola bilərik".
Aytən Zəhra
Azvision.az