Akkreditasiya haqqında yeni qaydalar tətbiq ediləcək

Akkreditasiya haqqında yeni qaydalar tətbiq ediləcək
  22 Noyabr 2013    Oxunub:1224
Azərbaycan ticarətdə texniki maneələrin qarşısını almaq üçün yeni qaydalar tətbiq edir.
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsi akkreditasiya haqqında qanun layihəsini baxılması üçün parlamentə tövsiyə edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın qayda və prinsipləri, akkreditasiyalar üzərində nəzarətin əsaslarını müəyyənləşdirir. Qanun layihəsi istehlakçıların hüquqlarını qorumaq, ticarətdə texniki maneələrin qarşısını almaq, Azərbaycanda verilən uyğunluq sənədlərinin xaricdə tanınması məqsədi ilə hazırlanıb.

Qanun aşağıdakı uyğunluğun qiymətləndirilməsi üzrə orqanların akkreditasiyasını nəzərdə tutur: sınaq laboratoriyaları, kalibrləmə üzrə laboratoriyalar, malların sertifikasiyasını aparan orqanlar, idarəetmə sisteminin sertifikasiyası üzrə orqanlar, heyətin sertifikasiyası üzrə orqanlar, müfəttişlik orqanları, etalon materiallları istehsalçıları.

Bu sahədə iş üçün həmin orqanlar akkreditasiya şəhadətnaməsi əldə etməlidirlər. Şəhadətnamə 4 il ərzində keçərlidir.


Teqlər:





Xəbər lenti