Avropa Birliyi Kiyevin qərarından təəssüflənir

Avropa Birliyi Kiyevin qərarından təəssüflənir
  22 Noyabr 2013    Oxunub:1243
Avropa Birliyi Ukraynanın assosiasiya sazişinin imzalanmasına hazırlığın dayandırılması ilə bağlı qərarından təəssüflənir. AzVision.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton bildirib. “Bu təəssüf təkcə Avropa Birliyi üçün yox, həm də düşünürük ki, Ukrayna xalqı üçündür”, - Ketrin Eşton deyib.

Xatırladaq ki, Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin hazırlanması prosesinin dayandırılmasına qərar verib. Nazirlər Kabineti bunu Rusiya və MDB ilə iqtisadi əlaqələrin inkişafının vacibliyi ilə əlaqələndirib.

Frans Press


Teqlər:





Xəbər lenti