Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçiriləcək

  04 May 2019    Oxunub : 612
Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turniri keçiriləcək
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə Berndə futbol turniri keçiriləcək.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, turnirdə Berndə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrdən burada təhsil alan gənclər, İsveçrədə yaşayan soydaşlarımız, idmansevərlər iştirak edəcəklər. Yarışda diplomatlar, tələbə gənclər və bu ölkədə yaşayan soydaşlarımızdan ibarət komandalar mübarizə aparacaqlar.

Turnirin qalib və iştirakçılarına mükafat və xatirə hədiyyələri təqdim ediləcək.

Azvision.az

Teqlər: Bern   Futbol   Turnir