Türkiyə ordusu şəhid verib

  04 May 2019    Oxunub : 665
Türkiyə ordusu şəhid verib
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Azez bölgəsindəki antiterror əməliyyatlarında iştirak edən hərbçiləri PKK/YPG terror birləşmələrinin hücumuna məruz qalıb.
Azvision.az xəbər verir ki, silahlı toqquşma nəticəsində Türkiyə ordusunun iki zabiti yaralanıb. Yaralı hərbçilər Kliçdəki dövlət xəstəxanasına çatdırılıb.

Həkimlərin ciddi cəhdlərə baxmayaraq, zabitlərdən birinin həyatı xilas etmək mümkün olmayıb.

Azvision.az

Teqlər: Türkiyə   Şəhid